-
- 8-01-2020, 19:53
- 749
Hamilə arvadına 8 bıçaq zərbəsi VURDU - Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT
Abşeronda hamilə həyat yoldaşını bıçaqlamaqda təqsirli bilinən Şəmil Abdullayevin barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
News24.az-ın məlumatına görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Azər Paşayevin icraatına verilib. Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.
İttihama görə, hadisə ötən il mayın 16-da Abşeron rayonunun Fatmayi qəsəbəsində baş verib. Belə ki, 22 yaşlı Şəmil Abdullayev həyat yoldaşı, 19 yaşlı Səbinə Atababayeva ilə qayınatasının evində mübahisə edib.
Bu zaman kişi həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub. Qadın ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
8 bıçaq xəsarəti alan qadın əməliyyat olunub. Əməliyyat zamanı qarın nahiyyəsindən xəsarət alan hamilə qadının bətnində olan uşağı xilas etmək mümkün olmayıb. Ana bətnindən vaxtından tez götürülən uşağ dünyasını dəyişib.
Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Ş. Abdullayevlə S. Atababayeva ailə həyatı qurduqdan sonra Ağstafa rayonunda yaşayıblar. Ailədə tez-tez mübahisə olduğundan məlum hadisədən bir müddət əvvəl Səbinə Atababayevanın valideynləri onu gətirərək Fatmayi qəsəbəsinə gətirərək öz yanlarında saxlayıblar.
Hadisəni törədəndən sonra qaçan Şəmil Abdullayev bir neçə gün sonra həbs olunub.
Qeyd olunur ki, Şəmil Abdullayev hadisə baş verən gün qayınatasının evinə gəlib və arvadını öz evinə aparmaq istəyib. Amma Səbinə Atabayayeva getmək istəməyib. Bu səbəbdən onların arasında qanlı mübahisə yaranıb. Mübahisə sonda qanlı cinayətin baş verməsi ilə nəticələnib.
Məlumata görə, Səbinə Atababayeva valideynlərinin təkidi ilə ərə gedib.
İstintaq orqanı tərəfindən 29, 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib. /APA/