Gədəbəydə 4 nəfər dəm qazından zəhərləndi
    • 3-01-2023, 20:50
    • 151

Gədəbəydə 4 nəfər dəm qazından zəhərləndi

Gədəbəydə dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

News24.az xəbər verir ki, 4 nəfər rayon sakini zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Zəhərlənən şəxslər rayonun müxtəlif kəndlərinin sakinləri: 1975-ci il təvəllüdlü Mübariz Alıyev, 1995-ci il təvəllüdlü Vüsalə Vəlixanova, 1980-ci il təvəllüdlü Vüsalə Cəfərova və 2006-ci il təvəllüdlü Aydan Cəfərovadır.

Onların vəziyyətinin kafi olduğu bildirilir.