Abşeronda yaşayış binasında yanğın olub
    • 3-01-2023, 22:06
    • 199

Abşeronda yaşayış binasında yanğın olub

Abşeron rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən News24.az -a verilən məlumata görə, rayonun Xırdalan şəhərində altımərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 43 m² olan 1 otaqlı mənzilin mətbəxində 1 ədəd paltaryuyan maşın və 1 ədəd qaz sobası yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 2 m² sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb