Sumqayıtda yaşayış binasında yanğın oldu
    • 25-01-2022, 18:52
    • 373

Sumqayıtda yaşayış binasında yanğın oldu

Sumqayıtda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) News24.az-a verilən məlumata görə, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan mənzilin eyvanında mətbəx mebeli 0,5 p.m, 1 ədəd elektrik sobası, taxtadan ibarət pəncərə çərçivəsinin üzlüyü və qismən 1 ədəd paltaryuyan maşın yanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.