Mərdəkanda binanın həyətində naməlum kişi meyiti tapılıb
    • 4-01-2023, 11:19
    • 224

Mərdəkanda binanın həyətində naməlum kişi meyiti tapılıb

Xəzər rayonu Mərdəkan qəsəbəsində yeni tikilməkdə olan binaların birinin həyətində naməlum kişi meyiti tapılıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Təxminən 45-50 yaşlarında olan meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar olunmayıb.

Aparılan araşdırmalarla meyitin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Fotoda gördüyünüz şəxsi tanıyanlardan Xəzər Rayon Polis İdarəsinə 012-454-02-02 şəhər və 050-633-45-46 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.