-
- 6-01-2023, 08:55
- 272
Şahzadə Harridən şok etiraf: "25 nəfəri öldürmüşəm"
Britaniya kral ailəsindən ayrılaraq ABŞ-da məskunlaşan şahzadə Harri nəşr olunacaq kitabında Əfqanıstandakı xidməti zamanı 25 nəfəri öldürdüyünü etiraf edib.
News24.az xəbər verir ki, Şahzadə Harri “Spare” adlı xatirə kitabında Əfqanıstanda keçirdiyi 2007-2008 və 2012-2013-cü illərlə bağlı yazdığı xatirələrdə münaqişənin səs-küy və qarışıqlığında öldürdüyü üsyançıları “yaxşıları öldürmədən aradan qaldırılan pis insanlar” kimi gördüyünü qeyd edib.
Harri kitabında "Bu rəqəmdən qorxmamaq mənə çox vacib görünürdü. Deməli mənim nömrəm 25-dir. Bu, məni qane edən rəqəm deyil, amma həm də məni utandırmır" deyə yazıb.
Şahzadə qeyd edib ki, bütün bu hadisələr zamanı onu əsas düşündürən məsələ İngiltərəyə təmiz vicdanla qayıtmaq olub:"Yaxınlıqda mülki şəxslər olmadan sadəcə Talibana atəş açırdım". /Haber Global/
Teymur MƏMMƏDOV