Türkiyə ilə Ermənistan arasında yükdaşımalar üçün maneələr aradan qaldırılıb
    • 7-01-2023, 01:28
    • 234

Türkiyə ilə Ermənistan arasında yükdaşımalar üçün maneələr aradan qaldırılıb

Türkiyənin Ermənistanla apardığı danışıqlar nəticəsində hər iki ölkə arasında təyyarələrlə birbaşa yükdaşımalar üçün maneələr aradan qaldırılıb.

News24.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, Türkiyə və Ermənistan arasında yük daşımaları yanvarın 1-dən mümkün olub. Türkiyə Ticarət Nazirliyi bu barədə ixrac əməliyyatlarında iştirak edən yerli təşkilatları məlumatlandırıb. Bu qərar ikitərəfli münasibətlərin normallaşdırılmasına dair xüsusi nümayəndələrin apardıqları danışıqlar nəticəsində qəbul edilib.

Müqavilənin təfərrüatları açıqlanmır. Türkiyənin hakimiyyət orqanları hələlik məsələyə münasibət bildirməyib.

Ankara və İrəvan münasibətlərin tənzimlənməsi üçün 2021-ci ildə xüsusi nümayəndələr təyin ediblər.