Birinci sinif şagirdi müəllimini güllələdi
    • 7-01-2023, 14:52
    • 192

Birinci sinif şagirdi müəllimini güllələdi

ABŞ-ın Virciniya ştatında yerləşən məktəblərdən birində insident baş verib. 

News24.az xəbər verir ki, 6 yaşlı şagird sinifdə müəlliminə atəş açıb.

30 yaşında olduğu deyilən müəllim ağır yaralanıb. Onun vəziyyətinin kritik olduğu bildirilir.

Müəllimini güllələyən şagird nəzarətə götürülüb. Səlahiyyətlilər uşağın silahı necə əldə etdiyini araşdırır. /modern.az