Avtomobilin vurub öldürdüyü qız bu məktəbin şagirdi imiş - FOTO
    • 9-01-2023, 13:42
    • 159

Avtomobilin vurub öldürdüyü qız bu məktəbin şagirdi imiş - FOTO

Yanvar ayının 7-də saat 19:30 radələrində Sumqayıt şəhəri Saray qəsəbəsində naməlum avtomobilin yolu keçən 2006-ci il təvəllüdlü Ofeliya Axundzadəni vurub öldürməsi barədə xəbər vermişdik.

News24.az
xəbər verir ki, ağır qəzada həyatını itirən yeniyetmə qız Sumqayt şəhər 35 saylı orta məktəbin şagirdi imiş . O, həmin məktəbin 10-cu sinfində təhsil alırmış.

Qeyd edək ki, hadisə zamanı məktəblini vurub ölürən sürücü nəqliyyat vasitəsilə birgə hadisə yerindən qaçıb. Onun müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.

İddiaya görə, sürücü də məktəblidir. Qəza baş verən zaman o, ailəsindən xəbərsiz maşını idarə edib.