Baydenin ofisindən gizli sənədlər tapıldı, ölkə qarışdı
    • 10-01-2023, 11:51
    • 220

Baydenin ofisindən gizli sənədlər tapıldı, ölkə qarışdı

ABŞ Prezidenti Co Baydenin ofisindən məxfi sənədlər tapılıb.

News24.az xəbər verir ki, bu barədə “CBS” məlumat yayıb.

Məlumatda qeyd olunur ki, sənədlər Cozef Baydenin vitse-prezident olduğu dövrə aiddir.

Bildirilir ki, hazırda ABŞ Ədliyyə Departamenti sənədlərin ora necə aparıldığını araşdırır. 

Qeyd edək ki, Pensilvaniya Universitetinin dəstəyi ilə 2018-ci ildə açılan Bayden Diplomatiya və Qlobal İştirak Mərkəzində 10-a yaxın məxfi sənəd aşkarlanıb.