Rusiyadan Baydenin qızına və yoldaşına sanksiya
    • 28-06-2022, 16:07
    • 262

Rusiyadan Baydenin qızına və yoldaşına sanksiya

Rusiya 25 ABŞ vətəndaşına sanksiya tətbiq edəcək.

News24.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qərar ABŞ-ın ruslara qoyduğu sanksiyaya cavab olaraq verilib.

25 ABŞ vətəndaşına prezident Cozef Baydenin həyat yoldaşı Cİll Bayden və qızı Aşli Bayden də daxildir.