Politoloq açıqladı: “Azərbaycan ƏN QISA ZAMANDA...”
    • 10-01-2023, 14:18
    • 342

Politoloq açıqladı: “Azərbaycan ƏN QISA ZAMANDA...”

“Laçın yolundakı aksiyalar artıq özünün ilkin nəticələrinə nail olub. Məhz bu aksiyalar fonunda Azərbaycanın təbii sərvətlərini qanunsuz talan edənlər fəaliyyətlərini dayandırıblar. Nəzərə almaq lazımdır ki, illeqal “Base Metal” adlı təxribatçı şirkət məhz bu aksiyalar fonunda qanunsuz istismarı dayandırıb. Azərbaycanlı fəalların böyük coşğusu davam edir”. 

Bu fikirləri News24.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib.

Politoloq əlavə edib ki, aksiyanın konkret tələbləri var: “Bunlar yerinə yetirilməyənə qədər də ordakı fəallar geri dönməyəcəklər. Əvvəla, mütləq şəkildə qanunsuz istismar birdəfəlik yekunlaşmalı, Azərbaycan ekologiyasına qarşı edilən vandallıqlar sona çatmalıdır. Həmçinin, Azərbaycan mülki qurumlarının müşahidə monitorinq missiyaları Dəmirli və Qızılbulaqda tədqiqatlara başlamalıdır. Monitorinqlər separatçılarla əlbir olan qüvvələrin böyük cinayətlərini ortaya çıxaracaq. Hər kəsə aydındır ki, bu gün də bizim Xankəndidə antiterror əməliyyatı keçirmək hüququmuz var. Çünki heç bir dövlət öz ərazisində separatçı terror qruplarının qalmağına şərait yarada bilməz. Xankəndi ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasını əngəlləmək cəhdləri də bölgədə separatçılıq və gərginliyin qalmağına Rusiya və digər güclərin marağını ehtiva edir. Azərbaycan ən qısa zamanda öz suveren ərazilərində terroru sona çatdıracaq”.