Zelenski "Qızıl Qlobus"da:
    • 11-01-2023, 09:50
    • 191

Zelenski "Qızıl Qlobus"da: "Üçüncü Dünya Müharibəsi olmayacaq"

Ukrayna prezidenti Vladimir Zelenski Qızıl Qlobus Film Mükafatlarına dəvət olunub.

News24.az xəbər verir ki, Zelenski tədbirə virtual bağlantı vasitəsi ilə qatılıb. 

Ukrayna başçısını "Oskar" mükafatlı aktyor Şon Penn təqdim edib. 

Zelenski “Qızıl Qlobus”un 1944-cü ildən etibarən keçirildiyini xatırladaraq lentə alınan mesajda tamaşaçılara müraciət edib: “İkinci Dünya Müharibəsi hələ bitməyib, amma vəziyyət dəyişib. Hər kəs qalib gələcəyini bilirdi. Qarşıda hələ döyüşlər və göz yaşları var idi. Məhz o zaman "Qızıl Qlobus" mükafatları 1943-cü ilin "ən yaxşı"larının şərəfinə yarandı".

"İndi 2023-cü ildir.  Hələ qarşıda döyüşlər və göz yaşları var, amma indi də əminliklə deyə bilərəm ki, bu ilin ən yaxşısı kim olub. Bunlar azad dünyanın azad insanlarıdır. Bizim azadlıq uğrunda ümumi mübarizəmizdə azad Ukrayna xalqını dəstəkləmək  üşün birləşənlərdir” -deyə Vladimir Zelenski sözlərinə davam edib. 

Alqışlarla qarşılanan çıxışı Ukrayna lideri "Üçüncü dünya müharibəsi olmayacaq, bu trilogiya deyil” sözləri ilə yekunlaşdırıb. /variety/

Teymur MƏMMƏDOV