Bakının mərkəzindəki çoxmərtəbəli binada DƏHŞƏTLİ HADİSƏ
    • 11-01-2023, 16:20
    • 256

Bakının mərkəzindəki çoxmərtəbəli binada DƏHŞƏTLİ HADİSƏ

Bakı şəhər Nərimanov rayonu Atatür prospektində yerləşən 16 mərtəbəli binada intihar hadisəsi baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, prospektin 3078A məhəlləsindəki binanın 12-ci mərtəbəsinin dəhlizində Qusar rayon sakini, 1964-cü il təvəllüdlü Xuraman Əli qızı Kazımovanın asılı vəziyyətdə qalmış meyiti tapılıb.

Onun özünü asaraq intihar etdiyi məlum olub. Yaxınları X.Kazımovada son dövrlər psixoloji pozuntuların baş verdiyini bildiriblər.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

Taleh BAĞIROV