Bakıda dəhşətli qəza: BMW aşdı,
    • 12-01-2023, 16:06
    • 283

Bakıda dəhşətli qəza: BMW aşdı, "Toyota Camry" yolun ortasında qaldı - FOTO/VİDEO

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

News24.az  xəbər verir ki, bu barədə baku.ws-in "qaynar xətti"nə məlumat daxil olub.

Hadisə "Nargilə" kafesinin yaxınlığında qeydə alınıb.

Qəza zamanı BMW və "Toyota Camry" avtomobilləri toqquşub. Hadisədən sonra BMW markalı avtomobil aşıb, "Camry" isə yolun ortasında qalıb.
Xəsarət alanlar barədə məlumat yoxdur.