-
- 12-01-2023, 22:10
- 197
Suriya rəsmiləri Ankaraya səfər edə bilər
Rusiya Türkiyənin təklifini dəstəkləsə, Ankara-Moskva-Dəməşq görüşünün növbəti ünvanı Ankara olacaq.
News24.az xəbər verir ki, bu barədə “Deutsche Welle Türk” məlumat yayıb.
Mənbə iddia edir ki, bir neçə gün əvvəl Moskvada müdafiə nazirləri arasında baş tutan təmaslarda fevral ayında Türkiyədə görüşün keçirilməsi ilə bağlı irəliləyiş əldə olunub.
“Bu, prosesin ən kritik gəlişmələrindən biri və Türkiyənin son dövrdə regional sülh üçün atdığı bütün addımların davamı olacaq”, - məlumatda deyilir.
Əgər görüş Türkiyədə baş tutsa, bu, Suriya müharibəsinin başladığı 2011-ci ildən bəri Dəməşqdən Ankaraya ilk rəsmi səfər və görüş olacaq.
Prezident Rəcəb Tayyib Ərdoğan ötən günlərdə suriyalı həmkarı Bəşər Əsədlə görüşə biləcəyini açıqlamışdı. Hökumətə yaxın mənbələr hələlik xarici işlər nazirlərinin görüşünə hazırlığın getdiyini deyirlər. Məlumatda qeyd edilir ki, indi liderlərin üz-üzə görüşməsi çətin olsa da, telefonla danışa bilərlər. Üçtərəfli danışıqlarda irəliləyiş əldə olunarsa, üzbəüz təmas da mümkün olacaq.