“Sumqayıt”dan “Radnik” üzərində qələbə
    • 12-01-2023, 22:25
    • 179

“Sumqayıt”dan “Radnik” üzərində qələbə

Mövsümün ikinci yarısı üçün hazırlığını Türkiyənin Antalya şəhərində davam etdirən “Sumqayıt” bu gün ilk yoxlama oyununu keçirib.

News24.az xəbər verir ki, komanda yerli vaxtla saat 16:00-da “Topkapı” hotelinin stadionunda Serbiya təmsilçisi “Radnik”lə qarşılaşıb.

Samir Abasovun yetirmələri 2:1 hesabı ilə qələbə qazanıb. “Sumqayıt”ın hər iki qolunun müəllifi Süleyman Əhmədov olub.