Baydenin gizli sənədlər işi ilə bağlı YENİLİK
    • 13-01-2023, 09:20
    • 241

Baydenin gizli sənədlər işi ilə bağlı YENİLİK

ABŞ Ədliyyə Departamenti Co Baydendə məxfi sənədlərinin aşkarlanması işi ilə məşğul olmaq üçün xüsusi müşavir təyin edib.

News24.az xəbər verir ki, eyni zamanda Ədliyyə Departamenti konqresdəki Respublikaçıların məlumat əldə etmək imkanının qarşını alıb. Onlar məsələ ilə bağlı öz araşdırmalarını apara bilməyəcəklər. Respublikaçılar bu addmı heyrətləndirici adlandırıblar.

Ağ Evdən Co Baydenin həm istintaq, həm də xüsusi prokurorla əməkdaşlığa hazır olduğu açıqlanıb. Bildirilib ki, yoxlama zamanı sənədlərin tamamilə təsadüfən səhv yerə qoyulduğu məlum olacaq. //Vesti.ru

Teymur MƏMMƏDOV