Pentaqon UNO-ları araşdırmaq üçün işçi qrupu yaradır
    • 14-08-2020, 11:43
    • 476

Pentaqon UNO-ları araşdırmaq üçün işçi qrupu yaradır

Pentaqon Amerika hərbi pilotlarının müşahidə etdiyi UNO-ları araşdırmaq üçün işçi qrupu yaradır.

News24.az xəbər verir ki, bu barədə CNN ölkənin hərbi idarəsinin əməkdaşlarına istinadən məlumat yayıb. 

Layihəyə ABŞ Müdafiə nazirinin birinci müavini Devid Norkvist nəzarət edəcək.

Bundan əvvəl ABŞ Konqresi və Pentaqon dəfələrlə naməlum uçan obyektlərin ABŞ hərbi bazaları üzərində görünməsindən narahatlığını bildirib.

İyun ayında Senatın Kəşfiyyat Komitəsi, ölkənin Müdafiə Nazirliyi və kəşfiyyat qurumları pilotların UNO-larla qarşılaşmalarının analiz nəticələrini ictimaiyyətə təqdim etməsinə səs verib.

Hal-hazırda, ştatlarda naməlum uçan obyektlərin haradan gəldiyi ilə bağlı mübahisələr var. Düşüncələr əsasən UNO-ların başqa sivilizasiyalardan gəlmələri və ya Vaşinqtonun yer üzündəki düşmənləri tərəfindən edilməsi ilə bağlıdır.