Bakıda bir evdə 4 nəfərin ölməsinin səbəbi bilindi
    • 13-01-2023, 21:14
    • 180

Bakıda bir evdə 4 nəfərin ölməsinin səbəbi bilindi

Yanvarın 5-də Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində 4 nəfərin meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

News24.az-ın xəbərinə görə, Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Aparılan araşdırma zamanı təyin olunmuş məhkəmə-tibbi ekspertizaları və əlavə laborator müayinələr nəticəsində müəyyən edilib ki, mərhumların ölümünə səbəb dəm qazından zəhərlənmə olub.