-
- 14-01-2023, 11:38
- 254
Azərbaycanda ölümü düzgün qeydə almayanlar 300 manat cərimələnəcək
Azərbaycanda ölümü düzgün qeydə almayanların 300 manat cərimələnməsi ilə bağlı dəyişiklik təsdiqlənib.
News24.az xəbər verir ki, Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiq edib.
İXM-yə edilən dəyişikliklə tibb müəssisəsi tərəfindən ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər 150 manatdan 300 manatadək məbləğdə cərimə ediləcək.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ölüm haqqında məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər 150 manatdan 300 manatadək məbləğdə cərimə olunacaq.