Keçmiş deputat evində öldürüldü
    • 15-01-2023, 14:18
    • 219

Keçmiş deputat evində öldürüldü

Naməlum silahlılar Kabildə Əfqanıstan parlamentinin keçmiş deputatını güllələyiblər.

News24.az xəbər verir ki, bu barədə “Hasht-e Subh” qəzeti məlumat yayıb.
Bildirilib ki, parlamentari olan Mürsəl Nəbizadə gecə Kabilin şərqindəki evində öldürülüb.
Hücum zamanı Nəbizadənin qardaşı da yaralanıb.

Kabil polis idarəsinin katibi Xalid Zadran qətlin baş verməsi ilə bağlı məlumatı təsdiqləyib. O, Taliban təhlükəsizlik qüvvələrinin araşdırmaya başladığını bildirib. 

Hələlik heç bir təşkilatın hadisəyə görə məsuliyyəti üzərinə götürmədiyi qeyd olunub./qafqazinfo