Ronaldo və Messi birlikdə meydana çıxacaq - Bilet qiyməti dodaq uçuqlatdı
    • 16-01-2023, 11:47
    • 229

Ronaldo və Messi birlikdə meydana çıxacaq - Bilet qiyməti dodaq uçuqlatdı

Kristiano Ronaldo və Lionel Messi yanvarın 19-da Səudiyyə Ərəbistanında birlikdə meydana çıxacaqlar.  

News24.az xəbər verir ki, PSJ ilə "Əl Nassr" və "Əl Hilal" arasındakı yoldaşlıq oyunu üçün "Arzulardan kənar" adlı xüsusi bilet hərraca çıxarılıb.

İndiyədək ən yüksək təklifi 2,688,872 dollar (4,570,250 manat) ilə səudiyyəli iş adamı edib.

Bilet sahibi qalib komandanın mükafatlandırma mərasimində iştirak edəcək və iki dünya ulduzu ilə görüşmək imkanı qazanacaq. //Haberler.com

Teymur MƏMMƏDOV