Günellə türkiyəli aktrisa arasında estetik - Qalmaqalı
    • 16-01-2023, 13:26
    • 225

Günellə türkiyəli aktrisa arasında estetik - Qalmaqalı

Müğənni Günel Zeynalova  ilə türkiyəli aktrisa-aparıcı Yeliz Yeşilmən arasında qalmaqal yaşanıb.

News24.az xəbər verir ki, türk mediasında Günelin estetik əməliyyatları barədə xəbər yayımlanıb. 

Günel isə  "Şişirdiləcək qədər estetik yoxdur, balaca toxunuşlar edilib" sözləri ilə münasibət bildirib. Günelin sözlərinə aktrisa Yeliz  lağ-lağa ilə cavab verib: 

"Burun, dodaq, diş, yanaq var. Düşünürəm ki, böyük bir şey deyil, xırda toxunuşlar" yazaraq, gülüş işarəsi qoyub. Müğənni Yelizin şərhinə isə "Bəli, Yeliz, sonuncu dəfə məni görəndə "Nə qədər gözəlləşmisən" deyib, maşallah söyləmişdin. Kaş orada üzümə, dişlərimə tam baxardın, deyərdim sənə nələr etdirdiyimi. Saxta səmimiyyətləri dərk etmək yaşındayam. Sənə də sevgilər" cavabını verib.