Mafiya başçısı 30 illik axtarışdan sonra həbs edildi
    • 16-01-2023, 13:51
    • 275

Mafiya başçısı 30 illik axtarışdan sonra həbs edildi

"Cosa Nostra" mafiyasının başçısı Matteo Messina Denaro İtaliyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

News24.az xəbər verir ki, o, 1993-cü ildən axtarılıb və İtaliyanın ən çox axtarılan cinayətkarlarından biri olub.

Mafiya başçısı Siciliyanın Palermo şəhərindəki "La Maddalena" özəl klinikasında saxlanılıb. 

Denaro birinci dərəcəli mafiyanın sonuncu lideri hesab olunur. 2002-ci ilin mayında Milanda, Romada və Florensiyada 10 nəfərin ölümünə səbəb olan silsilə partlayışların təşkilinə görə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib. //Ansa

Teymur MƏMMƏDOV