"Qəbələ"nin oyununda əlbəyaxa dava düşdü - VİDEO
    • 16-01-2023, 18:12
    • 197

"Qəbələ"nin oyununda əlbəyaxa dava düşdü - VİDEO

"Qəbələ"nin Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında Çexiyanın "Teplitse" komandası ilə yoxlama oyununda əlbəyaxa dava düşüb.

News24.az xəbər verir ki, insident qarşılaşmanın sonlarına yaxın rəqib futbolçu ilə "qırmızı-qaralar"ın kapitanı Asif Məmmədov arasında baş verib. Daha sonra digər oyunçular insidentə qarışıblar.

Qarşıdurmanın böyüdüyünü görən baş hakim oyunu vaxtından əvvəl - 89-cu dəqiqədə bitirib. Yalnız bundan sonra tərəfləri sakitləşdirmək mümkün olub.

Qeyd edək ki, görüş "Qəbələ"nin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb./report.az