-
- 16-01-2023, 18:42
- 251
"Bizə zülm edirlər, bu nə bəladır"
"İndi şou-biznesdən söhbət gedə bilməz. Biznesdir ancaq. Gedirsən bir yerə, arzuolunmaz hadisələrlə üzləşirsən, arzuolunmaz musiqi dinləyirsən. Məcbur bunları dinləyirsən və özün öz gözündən düşürsən. Deyirsən, niyə bunlara qulaq asmalıyam, məcburam. Həqiqətən özüm öz gözümdən gündə neçə dəfə düşürəm".
News24.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Space maqazin"ə açıqlamasında deyib. Müğənni sosial şəbəkədə hər getdiyi yeri və yediyini paylaşanları tənqid edib:
"Baxırsan bir müğənninin yanında jurnalist, onunla hər yerə gedir, nə edirsə, çəkir. İndi ev, kürk, palto aldım, deyib gündəmə gəlirlər. Hara gedirlər, yemək yeyirlər sosial şəbəkədə paylaşırlar. Bu da çox baxış yığır. Kanallarda onları buna görə efirə çağırır. Onlar bəzi aparıcılara bahalı hədiyyə, pul, qızıl verirlər".
Seyidcahan bir verilişə dəvət alanda qarşılığında qonorar yox, məişət əşyası istədiyini söyləyib:
"Bir aparıcımız dəvət etdi, dedim gələcəm, cavab verdi ki, ürəyin nə istəyir verəcəyəm. Evdə tozsoranım işləmirdi, verdilər. Sonra da soyuducum xarab olmuşdu, efirə getdim, onu da aldım".
Müğənni yeni gündəmə gələn ifaçıları tənqid edib və ünvanlarına qarğış yağdırıb:
"10 il bundan əvvəlki musiqiçiləri dinləyərdim. Amma son 10 ildir sənətə gələnləri apar tulla. Zülm edirlər bizə, nə bəladır budur. Allaha yalvarıram, bizi son günlər tanınan müğənnilərdən xilas etsin. Başqa sahədə biznes qursunlar, getsinlər. Gətirib bu musiqini bizim incəsənətə caladılar, məyus oluram"./axşam.az