Gəncədə kollecdəki yanğının səbəbi bəlli oldu-   14 nəfər tüstüdən zəhərləndi
    • 16-01-2023, 20:10
    • 159

Gəncədə kollecdəki yanğının səbəbi bəlli oldu- 14 nəfər tüstüdən zəhərləndi

Gəncədə kollecdəki yanğında 14 nəfər tüstüdən zəhərlənib.
 
Baş Prokurorluğun Mətbuat xidmətindən News24.az -a verilən məlumata görə, Gəncə şəhəri, Şahsevənlər küçəsində yerləşən Gəncə Dövlət Universitetinin Regional Kollecində yanğın ilkin araşdırmaya görə, qısaqapanma nəticəsində baş verib.

Zəhərlənən şəxslərin vəziyyəti stabil və qənaətbəxşdir.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.