Şəmkirdə ev yandı - 2 azyaşlı tüstüdən zəhərləndi
    • 22-05-2019, 14:52
    • 1 033

Şəmkirdə ev yandı - 2 azyaşlı tüstüdən zəhərləndi

Şəmkir rayonunda fərdi yaşayış evində baş verən yanğın zamanı 2 nəfər azyaşlı tüstüdən zəhərlənib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Şəmkir rayonunda ümumi sahəsi 140 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı tüstüdən zəhərlənən 2 nəfər azyaşlı yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.