-
- 17-01-2023, 13:34
- 899
“Sən indi guya maraqlı bir cümlə işlətdin də...” - CANLI EFİRDƏ DAVA
Müğənni Kərim Abbasovla Azərbaycanda keçiriləcək Türkiyənin məşhur mükafatlandırma mərasiminin təşkilatçısı Sinan Şahmar arasında qalmaqal yaşanıb.
News24.az xəbər verir ki, ikili qonaq olduğu “Səhərin səsi” verilişində dalaşıb.
Kərim Azərbaycanda keçirilən mükafatlardırma mərasimlərinin pul üzərində qurulduğunu söyləyərək, prosesi tənqid edib.
Təşkilatçı isə Abbasovun bu ittihamlarına “Sizin bu söylədiklərinizə qatılmıram. İcazə verin mən də danışım. Təşkilatçılığımla keçiriləcək mükafatlandırma mərasimi ilə bağlı icazə vermərəm belə mənfi rəy yaradasınız” sözlərini ifadə edib.
Bunu eşidən Kərim bidirib: “Dediklərinin mənə adiyyəti yoxdur. Bu, mənim şəxsi fikrimdir”.
Sinanın “Bəlkə siz mükafata layiq görülə bilmirsiz deyə belə danışırsınız” ifadəsinə Abbasov “Sən indi guya maraqlı bir cümlə işlətdin də...” cavabını verib.
Təşkilatçı “Hərəkətlərinizə fikir verin. Siz çox yuxarıdan gedirsiniz. Aşağı enin. Nə demək istəyirsinizsə, açıq danışın. Üstü qapalı danışırsınız” deməsinə müğənni “20 ildir ki sənətdəyəm. Dünənin uşağı önümdə gəlib heç nə deyə bilməz” sözləri ilə qarşı tərəfi cin atına mindirib.
Sinan “Sən kimin haqqında “dünənin uşağı” ifadəsini işlədirsən?” sözlərinə Kərim “Bir az rahatlaş. Ya sən ya da ki mən durub verilişdən gedəcəyəm” deyərək qalmaqalı daha da alovlanıb.
Gərginliyi azaltmaq üçün verilişin aparıcısı Samir Bayramlı reklamlara keçid alıb.//azinform.az