Hindistan əhalisinin sayına görə Çini ÖTƏCƏK
    • 17-01-2023, 14:06
    • 364

Hindistan əhalisinin sayına görə Çini ÖTƏCƏK

Çinin əhalisi 1961-ci ildən bəri ilk dəfə 2022-ci ildə 800 min nəfər azalıb.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, Çin əhalisinin 2050-ci ildə 1 milyard 317 milyona, əsrin sonunda isə 766 milyona enəcəyi təxmin edilir.

Əhali artım tempinin mənfiyə enməsinin gələcəkdə əhalinin qocalması ilə birlikdə Çinin işçi qüvvəsi potensialının azalmasına gətirib çıxaracağı və bunun iqtisadiyyata təsirlərinin hiss olunacağı proqnozlaşdırılır.

Bundan əlavə Çin əhalisi azalmağa meylli olduğundan Hindistanın "dünyanın ən çox məskunlaşan ölkəsi" olaraq Çini keçəcəyi proqnozlaşdırılır.

Qumral Əliyeva