Bu tarixdən etibarən istifadəsiz qalan mənzillərin satışı BAŞLAYACAQ
    • 17-01-2023, 17:04
    • 187

Bu tarixdən etibarən istifadəsiz qalan mənzillərin satışı BAŞLAYACAQ

Qaradağ rayonunda yerləşən, keçmiş məcburi köçkünlər üçün inşa edilmiş çoxmənzilli binalardakı istifadəsiz qalan mənzillərin satışı 23 yanvar saat 10:00-da başlayacaq.

News24.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri  Murad Həşimov məlumat verib.