Qazaxda qəza: xəsarət alanlar var
    • 17-01-2023, 21:19
    • 196

Qazaxda qəza: xəsarət alanlar var

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az -ın məlumatına görə, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb.

Hərəkətdə olan kiçik tutumlu sərnişin avtobusu ilə minik maşını toqquşub.

Qəza zamanı 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.