13 yaşlı qız anasını telefona görə bıçaqlayıb öldürdü
    • 18-01-2023, 09:10
    • 231

13 yaşlı qız anasını telefona görə bıçaqlayıb öldürdü

Yaponiyada 13 yaşlı qız telefona görə öz anasını öldürüb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, qətl xüsusi amansızlıqla törədilib. Polis evin 2-ci mərtəbəsində qan içində olan qadını tapıb və o, az sonra dünyasını dəyişib.

Hadisə şahidləri bildiriblər ki, cinayəti qadının qızı törədə bilər. İlk dindirilmədə qız anasını öldürdüyünü etiraf edib.

Buna səbəb qızın anasıilə arasında smartfon telefona görə yaranan fikir ayrılığı olub.

13 yaşlı qız anası yatarkən onu bıçaqlayıb.

Teymur MƏMMƏDOV