-
- 18-01-2023, 10:37
- 268
Fəst-fud asılılıq yaradır? - Qana sürətlə qarışır, beyində isə...
Sənaye mətbəx məhsullarının inkişafı ilə dərin qızartma həyata keçirilə və yeməklər daha uzun müddət saxlanıla bilər. Hamburger hava ilə təmasda olmadığı zaman aylarla xarab olmur, görünüşü isə ilk gündə olduğu kimi qalır.
News24.az xəbər verir ki, fəst fud müasir həyat tərzinə uyğun qidalanmaq kimi 20-ci əsrin ikinci yarısından etibarən ortaya çıxıb.
Bu qidaların sağlamlığa nə qədər zərərli olduğunu saymağa ehtiyac yoxdur. Bəs, fəst-fud vərdişləri olan insanlar sırf dadı bəyəndikləri üçün bu ləzzət arxasınca qaçırlar, yoxsa onların bu qidalara aludə olmasının başqa səbəbləri varmı?
2016-cı ildə aparılan bir araşdırmaya görə, amerikalıların gündəlik kalorilərinin yarısını həddindən artıq işlənmiş qidalardan aldığı məlum olub.
Həddindən artıq işlənmiş qidalar şəkər, duz və yağların emalı nəticəsində sənaye sobalarında və ya dərin qızartma maşınlarında istehsal olunur. Bu qidalar 2-ci tip diabetin yaranmasına səbəb olur.
Digər araşdırmaya görə müəyyən növ fəst-fud məhsulları yeməkdən sonra həddindən artıq aclıq hissi, yeməyi dayandıra bilməmək və qısa müddətdən sonra yenidən istehlak etmək kimi nəticələrə səbəb olur.
Mütəxəssislər xüsusilə pizza, şokolad, çips, peçenye və dondurmayla bağlı xəbərdarlıq edirlər.
Miçiqan Universitetinin Qida Asılılığı və Müalicəsi Mərkəzinin direktoru Eşli Gearhardtın sözlərinə görə, bu qidaları qəbul etdikdən sonra siqaret və narkotiklərin beyinə verdiyi zərərə bənzər effektə səbəb olurlar. Bu qidalar qana sürətlə qarışır və beyindəki mükafat və motivasiya nöqtələrini stimullaşdırır. Yeməyin teksturası və xırtıldayan olması başqa bir asılılıq faktorudur.
"Fəst-fud məhsullarında təmizlənmiş karbohidratlar yağlı formada masaya gəlir. Təbiətdə olan meyvə, ət, qoz-fındıq, bal kimi məhsullarda bunu görmək mümkün deyil. Təbiətdə olan qidalar karbohidratlar və ya zülallarla zəngindir. hər ikisi nadir hallarda eyni vaxtda görülür. "Çiyələk yeyərkən belə şeylər sizin başınıza gəlmir" - Eşli Gearhardt deyib.
Gearhardt qeyd edib ki, müntəzəm olaraq fəst fud istehlak edən insanlar bu qidaları həyatlarından çıxardıqda bədbəxtlik və yorğunluq hiss edə bilərlər. Ekspert deyib ki, bu qidaları azaltmaq istəyən şəxslər tez-tez başladıqları yerə qayıdırlar. /Haber Global/
Teymur MƏMMƏDOV