Bu stansiyalarda gücləndirilmiş iş rejimi tətbiq olunacaq
    • 18-01-2023, 10:48
    • 161

Bu stansiyalarda gücləndirilmiş iş rejimi tətbiq olunacaq

Yanvar ayının 20-si - Ümumxalq Hüzn Günündə Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.

“Bakı Metropoliteni” QSC-dən News24.az-a bildirilib ki, qanlı yanvar tarixinin ildönümü ilə əlaqədar metropolitendə gün ərzində xüsusi tədbirlər planı həyata keçiriləcək.

Qanlı Yanvar hadisəsinin ildönümündə Bakı metropoliteninin “20 Yanvar”, eləcə də Şəhidlər xiyabanını ziyarət edənlərin daha çox istifadə etdiyi “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Qeyri-iş günü olsa da, ehtiyat qatarlar xüsusi qaydada nəzərdə tutulacaq və zərurət yaranacağı təqdirdə onların xəttə verilməsi təmin ediləcək.