Sərdar Cəlaloğludan MARAQLI AÇIQLAMA:
    • 18-01-2023, 13:14
    • 341

Sərdar Cəlaloğludan MARAQLI AÇIQLAMA: "Mən özüm də arada çılğınlıq edirəm"

"Siyasətdə elə bir norma yoxdur ki, hər kəs qalstuk taxmalıdır və əlini bir-birinin üstünə qoyub tərpənmədən suallara cavab verməlidir. Mənim özüm də bir qədər çılğınlıq edirəm. Efirdə hərdən bir sözü qoyub başqasına keçirəm. Hərənin bir stili var. Nemət Pənahlının yoqa hərəkəti etməsində də qeyri-adi bir şey yoxdur".
 
Bu fikirləri News24.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. O, əlavə edib ki, partiya sədri kimi çox orijinal bir metod seçib:

"İndi kimlər ki, Nemət Pənahlını sevir, onun partiyasındadır, onu lider hesab edir, həmin adamlar üçün də onun hərəkəti keçərlidir, sevimlidir. Biz öz davranış normalarımızdan başqalarının davranış normalarına qiymət verməkdə haqlı deyilik".

Aynur