Sabunçu rayonunda kişi meyiti tapılıb
    • 18-01-2023, 22:24
    • 238

Sabunçu rayonunda kişi meyiti tapılıb

Bakı şəhərinin Sabunçu rayonunda kişi meyiti tapılıb.

Sabunçu rayon prokurorluğundan News24.az-a verilən məlumata görə, yanvarın 18-i paytaxtın Sabuçu rayonunun Ləhiş bağları adlanan ərazisində yanmış kişi meyitinin tapılmasına dair məlumat daxil olub.

Meyitin 14 yanvar 2023-cü il tarixdə yaşadığı evdən çıxıb bir daha geri qayıtmamış 1965-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.A. olması ehtimal edilir.

İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin özünü yandırmaqla intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.