"Qiymət vermək onların işidir" - Elvin - VİDEO
    • 23-01-2019, 11:49
    • 1 057

"Qiymət vermək onların işidir" - Elvin - VİDEO

Müğənni Elvin Abdullayev yeni mahnısını təqdim edib.

News24.az xəbər verir ki, "Ümid" adlanan mahnı sənətçinin "Youtube" kanalında yerləşdirilib. Bəstənin musiqisi Elvinin özünə, sözləri Aydın Saniyə məxsusdur.

Elvin bildirib ki, 2019-cu ildə də repertuarına bir çox mahnı daxil edəcək:

"İnanıram ki, mahnım seviləcək. İnstaqramda mahnını paylaşandan müsbət rəylər alıram. Birdə ki, müğənniyəm, yeni mahnı oxumaq mənim borcumdur. Bəyənilib-bəyənilməyəcəyinə mən zəmanət vermirəm. İşimi görürəm və bunu məni sevənlər üçün edirəm. Dəyər və qiymət vermək dinləyicilərimin işidir".

//News24.az