-
- 20-01-2023, 09:58
- 261
İlhamın qardaşı: "Anam qan gölündə dayanıb dedi ki, nə şirin qandır?"
"Mən qardaşımın adını yaralıların siyahısında axtarırdım, amma tapanmırdım. Dedilər ki, onu morqda axtar... Əvvəl qorxu basdı məni, ürək eləmədim morqa keçməyə. İlhamın dostu Faiqə dedim ki, baxsın. Heç 1 dəqiqə çəkməmişdi ki, gördüm, ağlaya-ağlaya gəlir. O anda məndə olan bütün qorxu getdi. Qaça-qaça içəri keçdim".
"Qafqazinfo" xəbər verir ki, bunu "Baku" TV-də yayımlanan "O kimdir?" verilişində 20 Yanvar şəhidi İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev deyib.
Onun sözlərinə görə, Şəhidlər xiyabanına gətirilən ilk şəhidlər İlhamla Fərizə olub.
"Adətə görə qadın kişinin sağında basdırılmalıdır. Fərizənin dəfni ilə bu adəti pozdular. Çünki qardaşı dedi ki, istəmirəm, bacım iki kişinin arasında dəfn olunsun. Qoy elə İlhamın yanında olsun. Bunun düzgün olduğunu deyəndən sonra elə də etdik", - deyə E. Allahverdiyev qeyd edib.
Daha ətraflı videosüjetdə: