Abşeronda avtomobil piyadanı vuraraq öldürdü
    • 20-01-2023, 10:59
    • 223

Abşeronda avtomobil piyadanı vuraraq öldürdü

Abşeron rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Bu barədə News24.az- a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə yanvarın 19-u saat 7 radələrində rayonun Ceyranbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini F.Sadıxov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini P.Abdullayevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.