Baydenin evində daha altı məxfi sənəd tapıldı
    • 23-01-2023, 10:21
    • 204

Baydenin evində daha altı məxfi sənəd tapıldı

ABŞ prezidenti Co Baydenin Delaverdəki evində daha altı məxfi sənəd tapılıb.

News24.az xəbər verir ki, Baydenin şəxsi vəkili Bob Bauer verdiyi yazılı açıqlamada FTB agentlərinin Cümə günü Baydenin Villmingtondakı evində axtarış apardığını bildirib.

Təxminən 13 saat davam edən axtarış zamanı Baydenin senat və vitse-prezidentlik dövrünə aid 6 məxfi sənədin tapıldığı qeyd edilib. 

Yeni sənədlər Ədliyyə Nazirliyi səlahiyyətliləri tərəfindən təfərrüatlı araşdırılmaq üçün götürülüb. Co Baydenin evində aparılan axtarışa könüllü icazə verdiyi vurğulanıb.

Açıqlamada, prezident Bayden və həyat yoldaşı Cill Baydenin axtarış zamanı həftə sonu tətili üçün evdə olmadığı da qeyd edilib. /Haber Global/

Teymur MƏMMƏDOV