-
- 23-01-2023, 11:23
- 210
Ukraynalı qaçqınları İspaniyada qul kimi işlətdilər - ŞOK CİNAYƏT
İspaniyada hüquq-mühafizə orqanlarının əməkdaşları ukraynalı qaçqınların tütün fabriklərində qul kimi istifadə edildiyi cinayətin üstünü açıblar.
News24.az xəbər verir ki, daha yaxşı həyata başlamaq niyyətində olan sakinlər son dərəcə ağır şəraitdə işləməyə məcbur edilib və onlara müəssisənin ərazisini tərk etməyə icazə verilməyib.
Qeyd olunub ki, cinayətkar qrupu İnterpolla birlikdə zərərsizləşdirmək mümkün olub. Həmçinin müəssisələrdə qeyri-qanuni siqaret istehsalı ilə məşğul olan cinayətkarlar ölkəyə gələn ukraynalıları amansızcasına istismar ediblər.
Əməliyyat zamanı 27 nəfər saxlanılıb. Fabriklərdən 10 ton xam tütün və 3,5 milyon qutu siqaret müsadirə edilib. /guardiacivil.es/
Teymur MƏMMƏDOV