-
- 22-09-2022, 11:01
- 377
Yaponiya sanksiya tətbiq edilən Rusiya müdafiə şirkətlərinin siyahısını genişləndirəcək
Yaponiya hakimiyyəti hərbi sahə ilə bağlı ixrac məhdudiyyətlərinin tətbiq olunduğu Rusiya şirkətlərinin siyahısını genişləndirmək niyyətindədir.
News24.az "Kyodo" agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi G7 ölkələrinin xarici işlər nazirlərinin son iclasında bildirib.
"Mən bildirdim ki, biz kimyəvi silahlarla bağlı məhsulların Rusiya Federasiyasına ixracına qadağa tətbiq etmək, habelə Rusiya hərbi sferası ilə bağlı şirkətlərin siyahısını əlavə etmək niyyətindəyik" deyə Yoşimasa qeyd edib.
Bundan əlavə, iclas zamanı nazirlər Ukraynaya hərtərəfli dəstəyi davam etdirmək, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək niyyətlərini təsdiqləyiblər.
Yaponiyanın xarici işlər naziri Rusiya prezidenti Vladimir Putinin Rusiyanın bütövlüyünə təhlükə yaranarsa, bütün mümkün vasitələrdən istifadə etməyə hazır olması barədə sözlərini də “tamamilə qəbuledilməz” adlandırıb.