"Avatar: Suyun yolu" gəlirə görə kino tarixinin 6-cı filmi oldu
    • 23-01-2023, 12:04
    • 265

"Avatar: Suyun yolu" gəlirə görə kino tarixinin 6-cı filmi oldu

"Avatar: Suyun Yolu" filmi yayımlandıqdan altı həftə sonra 2 milyard dollar həddini keçib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, film tarixdə altıncı, pandemiyadan sonra isə 2 milyard dollardan çox pul toplayan ilk film ollub.

Həmçinin rejissor Ceyms Kemeron üç filmi (Avatar və Titanik seriyaları) bu mərhələni keçən yeganə rejissordur.

"Avatar"-ın ilk hissəsi 2,9 milyard dollarla bütün zamanların ən çox gəlir gətirən filmi olaraq qalır.

"Avengers: Endgame" 2,79 milyard dollarla ikinci, "Titanik" isə 2,19 milyard dollarla ilk üçlüyü tamamlayır.

Teymur MƏMMƏDOV