"O, dünyasını dəyişməyib, yanımdadır" - Tanınmış aktrisa göz yaşlarına BOĞULDU
    • 23-01-2023, 12:10
    • 367

"O, dünyasını dəyişməyib, yanımdadır" - Tanınmış aktrisa göz yaşlarına BOĞULDU

​​​​Tanınmış aktrisa Xuraman Əlizadə "Toppuş bacı" ilə bağlı xatirələrini bölüşüb.

Aktrisa News24.az-a açıqlamasında bunları deyib:

"Biz əvvəllərdən çox yaxın idik. Ancaq uşaqlarımız olduqdan sonra daha yaxın olduq. Övladlarımızla bağlı birgə planlar qururduq. Ən böyük arzusu balasının xeyir, xoş günlərini görmək idi. Çox güclü insan idi. Mən də bir az panikatak var və özümü pis xəstəliyə köklüyürdüm. Deyirdi ki, "Dəlisən! Elə şeylər danışma, güclü ol! Mənə bax! Deyirdi, gözəl xəbərlər yazacağam sənə, daha da gözəl xəbərlər yazacağam. Ürəyimdə hər zaman deyirdim ki, belə toppuş qalardın. Onsuz da, xəstəliyə də yaxalandın, hamı səni bu hallıyla sevirdi. Amma, mənim xatirəmdə toppuş kimi qalacaqsan. Çox güclü idi, həddindən artıq. Mənim üçün o, dünyasını dəyişməyib, yanımdadır. Düşünürdüm ki, o sağalacaq. Hətta, rəhmətə getməmişdən bir gün öncə səhəri burada oldum. Demişdi yazacağam sənə, ölən günü içimdən istilik keçdi. Düşündüyüm halda zəng gəldi ki, vəziyyət budur. Gözəl insan idi. Allah rəhmət etsin".

Qumral