-
- 23-01-2023, 17:50
- 274
“Tacir pis əməllərlə məşğul olurdu, narkoman idi” – İlahə Fəda Taciri “yıxıb-sürüdü”
Müğənnilər Tacir Şahmalıoğlu və İlahə Fəda arasında qalmaqal səngimək bilmir. Belə ki, Şahmalıoğlunun İlahə Fəda haqqında səsləndirdiyi fikirlər tərəflər arasında yenidən gərginliyə səbəb olub. Şahmalıoğlu xanım həmkarını “yiyəsiz adam” adlandırıb və onu ağzına gələni danışmaqda ittiham edib. Tacir Şahmalıoğlu İlahə Fədanı gündəmə gəlmək istəyində ittiham edərək, onu “Kinq-konq” adlandırmaqdan da çəkinməyib. Bütün bunlara İlahə Fədanın reaksiyası özünü çox gözlətməyib.
Şahmalıoğlunun səsləndirdiyi fikirlərlə bağlı konkret.az-a açıqlama verən tanınmış müğənni İlahə Fəda bir sıra məqamları aydınlıq gətirib: “Bu şəxs özü efirdə Fərhad Bədəlbəylinin onu Azərbaycan Milli Konservatoriyasından qovduğunu deyib. Fərhad Bədəlbəyli neçə illər öncə bu adamın “mikrob” olduğunu hiss edib. Üzeyir Hacıbəyovun yaratdığı musiqi ocağından qovulub. Bir nəfər musiqiçi yoxdur ki, o adama hörmət etsin. Heç sənəti də yoxdur, mikrobdur. Uşaq vaxtı nəsə oxuyub. Bir də bacım Fədayə Laçınla bir-iki dueti olub, hansı ki, camaatın xoşuna gəlib. Başqa nə oxuyub? Mənim bacım sənətkardır. Amma Tacir Şahmalıoğlu hər zaman mənim bacımı aşağı çəkib. Bu adam musiqiçi deyil, “manıs”dır”, – deyə İlahə Fəda bildirib.
Müğənni Şahmalıoğlunun onu “Kinq-konq”a oxşatmasına da münasibət bildirib: “Məni “Kinq-konq”a oxşadır? Deməli, mən onun üçün “Kinq-konq”am, yəni nəhəngəm. Problemin kökünə gəlincə, mənim bacımın “evini yıxan” Tacir olub. Mən də bunu heç zaman qəbul etməmişəm. Çünki bacımın potensialını bilirəm. Çalışmışam ki, bacım ondan ayrı oxusun. Fədayə Tacirdən ayrıldıqdan sonra Fədayə Laçın olub. Onun repertuarını mən qurmuşam. Muğam və xalq mahnıları oxumasını istəmişəm. Tacir mənim bacımdan istifadə edərək pul qazanıb. Bir məclisi baha qiymətə danışsa da, bacıma az pul verib. Mən də bunu həzm edə bilməmişəm. Bir də ki, Tacir pis əməllərlə məşğul olurdu, narkoman idi”.
Tanınmış müğənni Tacir Şahmalıoğlunun “yiyəsiz adamdır” ifadəsinə sərt reaksiya verib: “Mənim kiməsə yiyəlik edən vaxtımdır. Tacir bunu anlamır. Mən axırıncı dəfə Dövlət Filarmoniyasında Cavanşir Quliyevin Mikayıl Müşfiqə həsr etdiyi “Müşfiq Ağıları” oratoriyasında Müşfiqin anasını ifa etmişəm. Azər Zeynalov və İlham Nəzərli ilə birlikdə oxumuşam. Özü də Simfonik Orkestrin müşayiəti və Mustafa Mehmandarovun dirijorluğu ilə… Mən Azərbaycan musiqisinə düzgün və təmənnasız xidmət edən musiqiçiyəm. Tacir kimi yüngül mahnılar oxuyub toy tuta bilmərəm? Amma görürsünüz ki, hansı səhnələrdə ifa edirəm. Musiqini çox sevirəm, çünki bu, müqəddəsdir. Flora Kərimovaya nəzər yetirdikdə Azərbaycanın necə dahi ifaçılar yetişdirdiyini görə bilərik. Mən hələ dünyasını dəyişən korifeylərdən danışmıram. Hər dəfə Flora xanımı dinləyəndə “məhv oluram”. Bunu onun özünə də deyirəm. Mən Azərbaycan xalqını və musiqisini çox sevirəm və “5 manat”dan ötrü onlara xəyanət etmirəm. Çalışarım ki, Allahın verdiyi istedadı satışa çıxartmayım. Filarmoniyada Azərbaycan Dövlət Kamera Orkestri ilə konsertlər vermişəm, Arif Məlikof mənim konsertmeysterim olub. Amma Taciri Konservatoriyadan qovublar”, – deyə İlahə Fəda fikrini tamamlayıb./konkret.az