Şəfiqə Məmmədovaya etiraz əlaməti olaraq işindən ayrıldı
    • 24-01-2023, 11:23
    • 270

Şəfiqə Məmmədovaya etiraz əlaməti olaraq işindən ayrıldı

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) üzvü, Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev işindən ayrılıb.

News24.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Ə. Vəliyevin özü bildirib.

Onun sözlərinə görə, o, ARKİ-də bir müddət əvvəl baş tutmuş qanunsuz seçkilərə etiraz əlamət olaraq ərizə yazaraq vəzifəsini tərk edib.   
Xatırladaq ki, ötən ilin sonlarında ARKİ sədri Şəfiqə Məmmədovanın yenidən bu vəzifəyə seçilməsi müzakirələrə səbəb olmuşdu. İddialara görə, Ş. Məmmədova ARKİ üzvlərinin iştirakı olmadan seçkilər keçirib, özünü sədr elan edib.

Qeyd edək ki, Ə. Vəliyev 2016-cı ildən bu vəzifədə çalışırdı.