Xalq artistinin "Toppuş bacı"nın qızı ilə bağlı təklifi müzakirələrə səbəb oldu
    • 24-01-2023, 12:33
    • 4 188

Xalq artistinin "Toppuş bacı"nın qızı ilə bağlı təklifi müzakirələrə səbəb oldu

"Afaq Bəşirqızının təklifini dəstəkləyirəm”.
 
News24.az xəbər verir ki, bunu müğənni Manaf Ağayev Xalq artisti Afaq Bəşirqızının mərhum aktrisa Tünzalə Əliyevanın qızı üçün fond yaradılması təklifinə münasibət bildirərkən deyib. Manaf Ağayev Xalq artistinin təklifini yüksək dəyərləndirib:
 
"Bəyəndim və dəstəkləyirəm. Bu təklifə görə Afaq xanıma təşəkkür edirəm”. 

Xanəndə Qəzənfər Abbasov da belə təklifləri dəstəklədiyini vurğulayıb:

"Allah rəhmət eləsin Tünzaləyə, onunla bağlı bir fond yaradılsa, çox gözəl olar. Ümumiyyətlə, belə təklifləri dəstəkləməliyik. Yəqin ki, dövlət də kömək edər. Belə təşəbbüslər alqışlanmalıdır. Afaq xanım çox gözəl yol göstərib. Uşaq kimsəsiz qalıb. Fond yaradılsa düşünürəm ki, ora hər kəs pul köçürər”. 

Qeyd edək ki, Xalq artisti Afaq Bəşirqızı "Xəzər  axşamı” verilişinə mərhum həmkarı Əməkdar artist Tünzalə Əliyevanın vəfatından danışıb. Afaq Bəşirqızı Tofiq Əliyevanın qızı Zəhra üçün fond yaratmağı təklif edib. /qaynarinfo