Azərbaycanda daha 2 nəfər canına qəsd etdi
    • 24-01-2023, 15:16
    • 257

Azərbaycanda daha 2 nəfər canına qəsd etdi

Yanvarın 23-də Bakıda intihar hadisəsi baş verib.

News24.az xəbər verir ki, Qaradağ rayonu, Sahil qəsəbəsi Z.Qasımov küçəsi 41 ünvanındakı binada yaşayan 1980-ci il təvəllüdlü Zaur Niftulla oğlu Rəhmanov özünü beşinci mərtəbədən atıb. O, aldığı xəsarətlərdə hadisə yerində ölüb. İntiharın səbəbi hələlik məlum deyil. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxşar hadisə Cəlilabad rayonunda da baş verib. Yanvarın 23-də saat 08 radələrində rayonun Soyuqbulaq kənd sakini, 1992-ci il təvəllüdlü Elxas Orduxan oğlu Əmirov özünü öldürüb. Onun meyiti evin həyətindəki yardımçı təsərrüfatda asılı vəziyyətdə aşkar edilib. Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, yanvarın 22-də də Azərbaycanda iki gənc oğlan intihar edib.

Taleh BAĞIROV